Yuxarı

Hindistanda deputat qızına 400 min nəfərlik toy edir

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Hindistanda deputat qızına 400 min nəfərlik toy edir

Hindistanda Bihar ştatının qanunverici məclisinin üzvü Anant Sinqh qızının toyuna 400 000-ə qədər insan dəvət edəcək.

Axar.az xəbər verir ki, bu barədə “NDTV” məlumat yayıb.

Məlumata görə, deputatın qızı Şivanqinin toy mərasimi Sinqin doğma kəndində keçiriləcək və orada hazırlıq işləri artıq geniş şəkildə davam edir.

Qonşu Uttar Pradeş ştatından gələn ustalar nəhəng çadırlar və mərasim üçün xüsusi məkan qururlar. Cütlük üçün uzunluğu təxminən 30 metr olan səhnə hazırlanır və bu səhnə 15 tonluq bəzək əşyaları ilə bəzədiləcək. Yüksək vəzifəli qonaqlar üçün isə ayrıca bir çadır ayrılıb.

Deputat bildirib ki, təkcə Hindistandan deyil, hətta Pakistandan da qonaq dəvət edib. Qonaqlar arasında onlarla sənətçi və siyasətçinin olacağı gözlənilir. Baş nazir Modiyə də dəvət göndəriləcək. Amma onun toya qatılıb-qatılmayacağı isə hələlik məlum deyil.

Tarix
2026.11.09 / 21:26
Müəllif
Axar.az
Digər xəbərlər

Mehriban Əliyeva Hacıqabuldan paylaşım etdi - Video

Ərdoğan niyə Koreyadan dərhal sonra Şuşaya gəldi?

İrəvan-Bakı münasibətlərinin normallaşması... - Şoyqu

İrəvan TRİPP-lə bağlı bu məsələlərə təminat verdi – Bəqai

Özgür Özəl İlham Əliyevə zəng etdi

Tehranın riyakarlığı: dostluq bəyanatları, ikili standartlar

Qardaşım İlham Əliyevi səmimiyyətlə qucaqladım və...

İlham Əliyev Kamboca Kralını təbrik etdi

Tehranda Azərbaycanın Zəfər Günü qeyd olundu - Foto

Türkiyə XİN-dən Azərbaycanla bağlı paylaşım - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla