Müharibənin bitməsinin açarı... - Rubio
08:00
| Ana səhifə Planet |
|
Qərb Ukraynaya yalnız Rusiyanın da qəbul edəcəyi təhlükəsizlik zəmanətləri verə bilər.
Axar.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio Ukrayna ilə bağlı Əbu-Dabidə baş tutacaq üçtərəfli danışıqları şərh edərkən deyib.
"Müharibənin bitməsinin açarı nəticə etibarilə Ukraynanın müharibədən sonra özünü təhlükəsiz hiss edəcəyini anlamaq olacaq. Şübhəsiz ki, prosesin özünü doğrultması üçün Rusiya da buna razı olmalıdır. Məhz buna görə də bu danışıqlar çox vacibdir", - deyə dövlət katibi bildirib.
|
Tarix
2026.11.10 / 08:00
|
Müəllif
Axar.az
|