“Güclü Ermənistan”ın namizədi həbsxanada vəfat etdi
13:18
| Ana səhifə Planet |
|
“Güclü Ermənistan” partiyasının Stepanavan seçkilərində icma rəhbərliyinə namizədi, 46 yaşlı Arsen Gevorqyan həbsxanada vəfat edib.
Axar.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
Onun infarkt keçirdiyi və qəfil dünyasını dəyişdiyi bildirilir.
Qeyd edək ki, Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi Gevorqyan barəsində 2 aylıq həbs qətimkan tədbiri seçmişdi.
|
Tarix
2026.11.10 / 13:18
|
Müəllif
Sevgi İsmayılbəyli
|