Yuxarı

Moskvada mühüm iclas: Ermənistan boykot etdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Moskvada mühüm iclas: Ermənistan boykot etdi

Moskvada Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin xarici işlər, müdafiə nazirləri və təhlükəsizlik şuraları katiblərinin iclası keçirilir.

Axar.az APA-ya istinadla xəbər ki, iclasda qlobal hərbi-siyasi vəziyyət, regional təhlükəsizlik və Rusiyanın bu ilki KTMT sədrliyinin prioritetlərinin həyata keçirilməsi müzakirə olunur.

Rusiya xarici işlər naziri Sergey Lavrov açılış nitqi ilə iclasda çıxış edib.

KTMT-yə üzv olan Ermənistan Moskvadakı yüksək səviyyəli tədbiri yenə boykot edib. Ermənistandan iclasa heç bir nümayəndə qatılmayıb.

Rusiya rəsmiləri və KTMT rəhbərliyi təşkilatın Moskvadakı tədbirlərində gündəlikdə duran əsas məsələlərdən birinin Ermənistanın KTMT-yə üzvlüyünün taleyi olacağını açıqlayıb.

Təşkilatın baş katibi Taalatbek Masadılkov Ermənistanın faktiki olaraq KTMT-dən çıxdığını bildirib. O qeyd edib ki, Ermənistan tərəfi müzakirələrdə və qərarların qəbulunda iştirak etmir, təşkilatın əsas tədbirlərinə və hərbi təlimlərinə qatılmır.

Baş katib hesab edir ki, bu vəziyyət KTMT Nizamnaməsinin 25-ci maddəsi ilə əlaqəlidir və Ermənistan faktiki olaraq təşkilatdan özü çıxıb.

Rusiya XİN sözçüsü Mariya Zaxarova isə KTMT sammitində Ermənistana qarşı məhdudlaşdırıcı tədbirlərin müzakirəsini istisna etmədiyini söyləyib.

Qeyd edək ki, noyabrın 11-də Moskvada KTMT ölkələri dövlət başçılarının sammiti keçiriləcək.

Tarix
2026.11.10 / 14:19
Müəllif
Axar.az
Digər xəbərlər

Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü

İlham Əliyev polşalı həmkarına başsağlığı verdi

İlham Əliyev Ərdoğana başsağlığı verdi

Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx

XİN Atatürkün anım günü ilə bağlı paylaşım etdi

Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür

Özgür Özəlin İlham Əliyevə zəngində qeyri-adi nə var?

Bakının həmmüəllifi olduğu hesabat COP31-də təqdim olundu

Murad Əliyevi İstanbulda niyə döydülər? - Video

Mehriban Əliyeva Hacıqabuldan paylaşım etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla