Husilər Səudiyyəyə ballistik raket zərbələri endirdi
19:12
| Ana səhifə Planet |
|
Yəməndəki husi üsyançıları Səudiyyə Ərəbistanına ballistik raket və PUA zərbələri endiriblər.
Axar.az xəbər verir ki, bu barədə hərəkatın sözçüsü Yəhya Səriya məlumat yayıb.
Onun sözlərinə görə, Ər-Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanı, “Saudi Aramko” şirkətinin obyektləri, Ər-Riyadın maliyyə mərkəzi və Yəmənin cənub-qərbindəki Səudiyyə Ərəbistanının ordu birləşmələri zərbələrə məruz qalıb.
Dağıntı və itkilərlə bağlı məlumat verilməyib.
|
Tarix
2026.11.10 / 19:12
|
Müəllif
Ləman Rüfət
|