Polşada Rusiyaya casusluq edən iki ukraynalı saxlanldı
20:24
| Ana səhifə Planet |
|
Polşada Rusiya xüsusi xidmət orqanlarının xeyrinə casusluq və təxribat fəaliyyətləri ilə məşğul olmaq şübhəsi ilə iki Ukrayna vətəndaşı saxlanılıb.
Axar.az xəbər verir ki, bu barədə Polşanın xüsusi xidmət orqanları üzrə nazir-koordinatoru Tomaş Semonyak məlumat verib.
Onun sözlərinə görə, həbslər Mazoviya voyevodalığında həyata keçirilib. Saxlanılan şəxslərin 24 və 25 yaşları var.
Bildirilib ki, onlar Polşadakı kritik infrastruktur və hərbi obyektləri müəyyən edərək fotoşəkillərini çəkiblər. Casusluq və təxribatla yanaşı, onlar həmçinin nəqliyyat vasitələrini yandırmaqda şübhəli bilinirlər.
Şübhəlilər barəsində üç aylıq həbs-qətimkan tədbiri seçilib.
|
Tarix
2026.11.10 / 20:24
|
Müəllif
Axar.az
|