Yuxarı

İraqlı siyasətçi Beyrutda amansızcasına öldürüldü

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İraqlı siyasətçi Beyrutda amansızcasına öldürüldü

İraqın keçmiş millət vəkili və sünni siyasətçi Əhməd əl-Əlvaninin cəsədi Beyrutun Tariq əl-Cədidə məhəlləsində polis tərəfindən aşkar edilib.

Axar.az xəbər verir ki, bu barədə MTV-nin məlumatında deyilir.

Məlumata görə, keçmiş millət vəkili naməlum şəxslər tərəfindən mənzilə aparılıb və boğularaq öldürülüb. Onun cəsədi bir neçə gün orada qalıb. Livan kəşfiyyat orqanları cinayətkarların axtarışına başlayıb və artıq onlardan birini saxlayıb.

Bildirilib ki, Əl-Əlvani 5 noyabrda Livana gəlib və Rauça sahilindəki oteldə qalıb. Bir müddət sonra onunla əlaqə saxlamaq mümkün olmayıb.

İraq hökuməti Livan hakimiyyəti ilə koordinasiyadadır və istintaqı izləyir.

Qeyd edək ki, Əl-Əlvani 2010-cu il seçkilərində uğur qazanan və yerlərin əksəriyyətini tutan “Əl-İraqiyyə” blokundan parlament üzvü idi.

2013-cü ilin dekabrında o zaman baş nazir (2006-2014) Nuri əl-Malikiyə qarşı etirazlara rəhbərlik etdikdən sonra İraqda həbs edilib. Əl-Əlvani təxminən 10 il həbsdə yatıb və 2025-ci ilin aprelində azadlığa buraxılmışdı.

Tarix
2026.11.11 / 01:47
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev və xanımı Türkiyədə belə qarşılandı - Video

Bakı və Ankaradan unikal layihə: Dənizin dibi ilə...

Azərbaycanla imzalanmış bu saziş... - Kvrivişvili

Kiyevin Əbu-Dabi danışıqlarında əsas hədəfi budur

Zorlu: Can Azərbaycanın lideri Əliyev... - Foto

İlham Əliyev Türkiyəyə getdi

Azərbaycanın təcrübəsindən çox istifadə etdik... - Yılmaz

XİN Polşaya başsağlığı verdi

İrandan təxribat: İrəvandakı Azərbaycan məscidində...

Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla