Yuxarı

Hindistanda sərnişin qatarı relsdən çıxdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Hindistanda sərnişin qatarı relsdən çıxdı

Hindistanın Assam ştatında sərnişin qatarının lokomotivi və beş vaqonu relsdən çıxıb.

Axar.az xəbər verir ki, hadisə noyabrın 11-də yerli vaxtla saat 06:54 radələrində (Bakı vaxtı ilə 05:24-də) Kamrup dairəsindəki Diqaru dəmir yolu stansiyası ərazisində baş verib.

Rəsmi məlumatlara görə, ölən və xəsarət alan yoxdur. Dəmir yolu administrasiyasının nümayəndəsi Kapindcal Kişor Şarmanın bildirdiyinə görə, hadisə qatarın başqa bir qatarı yola salmalı olduğu stansiyaya daxil olarkən baş verib.

"Maşinist sürətə nəzarət edə bilməyib, nəticədə lokomotiv və beş vaqon relsdən çıxıb", - o izah edib.

Dəmir yolu nümayəndəsi bütün sərnişinlərin təhlükəsizlikdə olduğunu deyib. Hadisə yerinə qəza-xilasetmə briqadaları və dəmir yolu rəhbərliyinin nümayəndələri cəlb edilib. Mütəxəssislər bərpa işlərinə və yolların təmizlənməsinə başlayıblar.

Tarix
2026.11.11 / 09:38
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev və xanımı Türkiyədə belə qarşılandı - Video

Bakı və Ankaradan unikal layihə: Dənizin dibi ilə...

Azərbaycanla imzalanmış bu saziş... - Kvrivişvili

Kiyevin Əbu-Dabi danışıqlarında əsas hədəfi budur

Zorlu: Can Azərbaycanın lideri Əliyev... - Foto

İlham Əliyev Türkiyəyə getdi

Azərbaycanın təcrübəsindən çox istifadə etdik... - Yılmaz

XİN Polşaya başsağlığı verdi

İrandan təxribat: İrəvandakı Azərbaycan məscidində...

Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla