Yuxarı

İtaliya Ukraynaya hərbi yardımı dayandırır: Silah yoxdur...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İtaliya Ukraynaya hərbi yardımı dayandırır: Silah yoxdur...

İtaliya öz silah ehtiyatlarını artırmaq zərurəti ilə əlaqədar Ukraynaya hərbi yardımı dayandıra bilər.

Axar.az xəbər verir ki, bu barədə ANSA məlumat yayıb.

“İtaliyanın yaxın vaxtlarda olmasa da, Ukraynaya silah tədarükünü dayandırması istisna edilmir. Almaniya da “Patriot” sistemlərinin tədarükü ilə bağlı belə addım atıb. Bunun əsas səbəbi milli təhlükəsizlik maraqlarını təmin etmək və silah anbarlarını boşaltmamaq zərurətidir. Çünki hərbi sənaye ehtiyatlarını qısa müddətdə bərpa etmək mümkün olmaya bilər”, - məlumatda deyilib.

Qeyd olunub ki, İtaliyanın müdafiə naziri Qvido Krozetto artan təhdidlər fonunda Romanın Kiyevin hava hücumundan müdafiə sistemləri ilə bağlı tələblərini hazırkı şəraitdə qarşılamaq imkanında olmadığını bildirib.

Nazir parlamentin təhlükəsizlik üzrə “Copasir” komitəsinin qapalı iclasında 13-cü yardım paketini təqdim edib. Ukraynaya göndəriləcək yardımların tam siyahısı isə məxfi saxlanılır. Paketə əsasən mülki təyinatlı materiallar və daha əvvəl tədarük edilmiş “Samp-T” hava hücumundan müdafiə sistemləri üçün komponentlər daxil edilib. Lakin “Aster” raketlərinin ehtiyatı xeyli məhduddur.

Tarix
2026.11.11 / 14:07
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

Azərbaycanlı bloger Ermənistana buraxılmadı - Video

Ərdoğan və Əliyev arasında səmimi görüntülər - Video

İlham Əliyev və ailəsi COP31 Sammitində iştirak edir

İlham Əliyev Antalyadakı Ekspo Mərkəzində... - Video

Musayev Köçəryanla qonşu kamerada saxlanılır

Konstitusiyamız demokratik inkişafa təminat yaradır

Bu ölkə Azərbaycanda səfirlik açır

İlham Əliyev Bolqarıstan prezidentinə başsağlığı verdi

Bu gün Antalyada COP31 Liderlər Zirvəsi keçiriləcək

Ümid edirik ki, bu ölkə TDT-yə üzv olacaq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla