İlham Əliyevdən Konstitusiya Günü ilə bağlı paylaşım
00:18
| Ana səhifə Planet |
|
Yəməndəki husi üsyançıları Səudiyyə Ərəbistanının paytaxtındakı hava limanına və Yanbu bölgəsindəki neft infrastrukturuna zərbələr endiriblər.
Axar.az xəbər verir ki, bu barədə hərəkatın sözçüsü Yəhya Səriya “Əl-Masirah” telekanalına açıqlamasında deyib.
"Silahlı qüvvələrimiz (husilər) Ər-Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanına üç qanadlı raketlə hücum edə biliblər", - Səriya bildirib.
O əlavə edib ki, üsyançılar həmçinin Yanbu bölgəsindəki 11 nömrəli stansiyaya da PUA ilə zərbə endiriblər.
Hərəkatın sözçüsü əlavə edib ki, Səudiyyənin Məkkənin üzərində dron ələ keçirməsi iddiaları yeni bir yalandır, husilərin əməliyyatları yalnız krallığın neft obyektlərinə və hərbi bazalarına yönəlib.
|
Tarix
2026.11.12 / 00:10
|
Müəllif
Axar.az
|