Yuxarı

MMA döyüşçüləri arasında insident: Nurməhəmmədov saxlanıldı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
MMA döyüşçüləri arasında insident: Nurməhəmmədov saxlanıldı

Əbu-Dabidə MMA döyüşçüləri arasında insident yaşanıb.

Axar.az Globalinfo.az-a istinadən xəbər verir ki, gürcüstanlı keçmiş UFC çempionu Merab Dvalişvili rusiyalı döyüşçü Usman Nurməhəmmədov və onun ətrafındakı şəxslərin hücumuna məruz qaldığını iddia edib.

MMA döyüşçüsü İliya Topuriya hadisəyə münasibət bildirərək sosial şəbəkə hesabında insidentin görüntülərini paylaşıb.

O, Usman Nurməhəmmədovun və yanında olan şəxslərin BƏƏ hüquq-mühafizə orqanları tərəfindən saxlanıldığını da iddia edib. Lakin saxlanılma barədə məlumat hələlik rəsmi şəkildə təsdiqlənməyib.

Topuriya paylaşımında hadisə iştirakçılarını sərt şəkildə tənqid edib:

“Deyilənə görə, Usman yanında olan qorxaqlarla birlikdə saxlanılıb. Bunlar təvazökarlıq və hörmət haqqında danışmağa cəsarət edən insanlardır? Bu, utancvericidir. Siz sadəcə qorxaqlardan ibarət bir dəstəsiniz. Mən sizi həmişə orta səviyyəli insanlar hesab etmişəm. İndi isə bütün şübhələri aradan qaldırdınız”.

Məlumata görə, insident noyabrın 11-də Əbu-Dabidə, RAF turniri öncəsi media tədbiri zamanı otellərdən birinin foyesində baş verib. Dvalişvili onun və dostunun təxminən 20 nəfərlik qrupun hücumuna məruz qaldığını bildirib.

Tarix
2026.11.12 / 01:24
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyevdən Konstitusiya Günü ilə bağlı paylaşım

Bu gün Azərbaycanda Konstitusiya Günüdür

Ərdoğan COP31-də onun üzündən öpdü - Video

Ermənistana etiraz: Bu, bəşəri dəyərlərə hörmətsizlikdir

Leyla Əliyeva Antalyada Azərbaycan pavilyonunda - Foto

Qalstukundakı simvolla mesaj verdi: mənası bu imiş - Foto

Ərdoğan Paşinyanı "Sənə də qalmaz"la qarşıladı - Video

QMİ-dən İrəvandakı Göy məscidlə bağlı etiraz

Nazir Polşa səfirliyində: Başsağlığı verdi - Video

Əl-Əqsa və Göy Məscid: İranın siyasətinin əsl mahiyyəti

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla