Yuxarı

ABŞ Rusiyadan təhlükəsizlik sazişinə dair yeni təklif istədi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ Rusiyadan təhlükəsizlik sazişinə dair yeni təklif istədi

ABŞ Rusiyadan Avropa ilə gələcək təhlükəsizlik sazişinə dair yeni təklif hazırlamağı istəyib.

Axar.az xəbər verir ki, bu barədə “Axios” nəşri məlumatlı mənbələrə istinadla bildirib.

Məlumata görə, Vaşinqtonun təşəbbüsü Ukraynada müharibənin başa çatdırılmasına dair daha geniş razılaşmanın bir hissəsidir. ABŞ rəsmiləri Moskvadan öz təhlükəsizlik tələbləri ilə yanaşı, Avropada gərginliyin azaldılması və gələcək hərbi qarşıdurmaların qarşısının alınması üçün atmağa hazır olduğu addımları da təqdim etməsini istəyib.

ABŞ Prezidenti Donald Trampın nümayəndələri Cared Kuşner və Stiv Uitkoff noyabrın 12-də Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüşdə bu məsələni müzakirə edəcəklər. Vaşinqton, həmçinin Avropa nümayəndələrinin Rusiya-Ukrayna sülh danışıqlarına qoşulmasına çalışır.

Mənbələrin bildirdiyinə görə, ABŞ Avropa ölkələrinin və Ukraynanın razılığı olmadan Rusiya ilə təhlükəsizlik sazişi imzalamayacaq.

Tarix
2026.11.12 / 01:59
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyevdən Konstitusiya Günü ilə bağlı paylaşım

Bu gün Azərbaycanda Konstitusiya Günüdür

Ərdoğan COP31-də onun üzündən öpdü - Video

Ermənistana etiraz: Bu, bəşəri dəyərlərə hörmətsizlikdir

Leyla Əliyeva Antalyada Azərbaycan pavilyonunda - Foto

Qalstukundakı simvolla mesaj verdi: mənası bu imiş - Foto

Ərdoğan Paşinyanı "Sənə də qalmaz"la qarşıladı - Video

QMİ-dən İrəvandakı Göy məscidlə bağlı etiraz

Nazir Polşa səfirliyində: Başsağlığı verdi - Video

Əl-Əqsa və Göy Məscid: İranın siyasətinin əsl mahiyyəti

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla