Əliyevlə Ərdoğan Antalyada bunu nümayiş etdirdilər - Yılmaz
11:25
| Ana səhifə Planet |
|
İtaliyada təxminən 6 min məktəbə bomba təhlükəsi ilə bağlı hədələyici məktublar göndərilib.
Axar.az xəbər verir ki, bu barədə “Blumberq” məlumat yayıb.
Məlumata görə, təhdid məktubları noyabrın 11-də daxil olub.
Bir çox məktəbdə dərslər dayandırılıb və şagirdlər evə buraxılıb. Baş nazir Corciya Meloni təcili müşavirə keçirib. İtaliya hakimiyyəti təhdidləri əsassız hesab edib. Buna baxmayaraq, məktubların göndərilməsi ölkənin müxtəlif bölgələrində təhsil müəssisələrinin fəaliyyətini pozub.
Oxşar məzmunlu təhdid məktubları İrlandiya, Şimali İrlandiya və Şotlandiyadakı məktəblərə də göndərilib.
|
Tarix
2026.11.12 / 11:19
|
Müəllif
Zeynəb Əkbər
|