Yuxarı

Nikol türk mahnısı ilə maraqlandı, Azərbaycanın adını çəkdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nikol türk mahnısı ilə maraqlandı, Azərbaycanın adını çəkdi

Türkiyəli bloger və səyyah Hamdi İxtiyar Ermənistanın Baş naziri Nikol Paşinyanla maraqlı söhbətini paylaşıb.

Axar.az Globalinfo.az-a istinadla xəbər verir ki, dialoq zamanı səmimi anlar yaşanıb, eyni zamanda regional əməkdaşlıq və gələcək perspektivlər müzakirə olunub.

Özəlliklə, Nikol Paşinyanın fonda səslənən türk mahnısı ilə maraqlanması diqqət çəkib.

Belə ki, o, musiqinin siyasi məqsəd daşıyıb-daşımadığını soruşub.

Hamdi İhtiyar isə bunun Türkiyənin məşhur ulduzu Tarkanın “Kiss Kiss” mahnısı olduğunu deyib, ardınca ifaçını tanıyıb-tanımadığını sorğulayıb. Paşinyan isə qarşılığında, “Əlbəttə, tanıyıram”, – deyə bildirib.

Daha sonra tərəflər qardaşlıq və sülh mesajları veriblər. Belə ki, Hamdi İxtiyar Türkiyə ilə Ermənistan arasında yaxşı münasibətlərin qurulduğunu və bundan məmnunluq duyduğunu qeyd edərək, gələcəkdə Ermənistan, Azərbaycan və Türkiyənin bölgədə birgə fəaliyyət göstərməsinin bütün xalqların xeyrinə olacağını vurğulayıb.

Nikol Paşinyan da əməkdaşlıq, sülh və rifah istiqamətində işləməyin vacibliyini qeyd edərək, hazırda bu yolda irəlilədiklərini bildirib.

Dialoqun sonunda Hamdi İxtiyar zarafatla COP31-in simvolu olan “Karetta-karetta” tısbağasını Paşinyana göstərib və söhbət xoş ab-havada başa çatıb.

Tarix
2026.11.12 / 14:08
Müəllif
Axar.az
Digər xəbərlər

İrəvan TRİPP-ə görə bu qanunu dəyişir

General qızının 3 ay öncəki davası - Video

Əliyevlə Ərdoğan Antalyada bunu nümayiş etdirdilər - Yılmaz

Yeni Konstitusiyanın qəbulu Ulu Öndərin adı ilə bağlıdır

Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım etdi

İlham Əliyevdən Konstitusiya Günü ilə bağlı paylaşım

Bu gün Azərbaycanda Konstitusiya Günüdür

Ərdoğan COP31-də onun üzündən öpdü - Video

Ermənistana etiraz: Bu, bəşəri dəyərlərə hörmətsizlikdir

Leyla Əliyeva Antalyada Azərbaycan pavilyonunda - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla