Yuxarı

Pakistanda tanınmış aparıcı öldürüldü

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Pakistanda tanınmış aparıcı öldürüldü

Pakistanın tanınmış teleaparıcısı Rabia Ahsan Ravalpindi şəhərində yerləşən evində ölü tapılıb.

Axar.az xəbər verir ki, bu barədə Pakistan polisi məlumat yayıb.

Məlumata görə, güllə yarasından ölən 41 yaşlı Ahsanın meyiti polislər tərəfindən aşkar edilib.

Aparıcının həyat yoldaşı Tahir Xan şübhəli şəxs qismində saxlanılıb.

İlkin dindirilmə zamanı Xan müstəntiqlərə ifadəsində bildirib ki, silah onun əlində olarkən təsadüfən açılıb və o, silahın dolu olduğundan xəbərsiz olub.

Faktla bağlı araşdırmalara başlanılıb.

Qeyd edək ki, Rabia Ahsan Pakistanın “92 Nyus” telekanalının aparıcısı idi.

Tarix
2026.11.12 / 14:47
Müəllif
Ləman Rüfət
Digər xəbərlər

İrəvan TRİPP-ə görə bu qanunu dəyişir

General qızının 3 ay öncəki davası - Video

Əliyevlə Ərdoğan Antalyada bunu nümayiş etdirdilər - Yılmaz

Yeni Konstitusiyanın qəbulu Ulu Öndərin adı ilə bağlıdır

Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım etdi

İlham Əliyevdən Konstitusiya Günü ilə bağlı paylaşım

Bu gün Azərbaycanda Konstitusiya Günüdür

Ərdoğan COP31-də onun üzündən öpdü - Video

Ermənistana etiraz: Bu, bəşəri dəyərlərə hörmətsizlikdir

Leyla Əliyeva Antalyada Azərbaycan pavilyonunda - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla