Dublində Əliyevlə Paşinyanın görüşü keçirilir
20:10
| Ana səhifə Planet |
|
ABŞ-ın paytaxtı Vaşinqtonda baş verən silahlı insident nəticəsində bir neçə nəfər güllələnib.
Axar.az xəbər verir ki, bu barədə “ABC Nyus” telekanalı polis mənbələrinə istinadla məlumat yayıb.
Vaşinqtonun Metropolitan Polis Departamenti şəhərin şimal-qərbində, 15-ci küçə ilə P küçəsinin kəsişməsində aktiv atışma ilə bağlı əməliyyat aparıldığını açıqlayıb.
Hadisə yerinə polisin xüsusi təcili müdaxilə qrupu cəlb edilib. ABŞ-ın Alkoqol, Tütün, Odlu Silahlar və Partlayıcı Maddələr Bürosunun (ATF) əməkdaşları hadisə yerində işləyir.
Silahlı insidentin səbəbləri və yaralıların vəziyyəti barədə hələlik əlavə məlumat verilməyib.
|
Tarix
2026.11.12 / 20:09
|
Müəllif
Axar.az
|