Yuxarı

Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir

Ermənistan 2029-cu ildə BMT-nin İqlim Dəyişikliyi üzrə 34-cü Konfransının (COP34) keçirilməsi üçün öz namizədliyini irəli sürüb.

Axar.az xəbər verir ki, bu barədə ətraf mühit naziri Ambarsum Matevosyan COP31 çərçivəsində Antalyada BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Stil ilə görüşdən sonra bildirib.

"Mən Ermənistanın namizədliyini və onun 2029-cu ildə COP34-ə ev sahibliyi etməyə hazırlığını təqdim etdim", - o dedi.

A.Matevosyan bəyan edib ki, COP34-ə sədrlik Ermənistana qlobal iqlim təşəbbüslərinə töhfə verməyə imkan yaradacaq.

Nazir əlavə etdi ki, Ermənistan öz namizədliyinin sonrakı irəliləməsi çərçivəsində Şərqi Avropa qrupunun üzv ölkələri və BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının katibliyi ilə açıq və konstruktiv əməkdaşlığa hazırdır.

Tarix
2026.11.13 / 16:25
Müəllif
Axar.az
Digər xəbərlər

Transsərhəd çaylarla bağlı xəbərlərə irad

Bakı Dublində qəbul edilən üç mühüm sənədə qoşulmadı

Putinin buna razılıq verəcəyini gözləyirik - Merz

İlham Əliyev dəyirmi masada iştirak etdi

İlham Əliyev Endi Börnhemlə görüşdü

Azərbaycanda bu institutun adı dəyişdirildi - Video

Əliyev Nauseda ilə regional sülhü müzakirə etdi

Leyla Əliyeva mühüm müzakirələrdə iştirak etdi

İlham Əliyev Antonio Koşta ilə görüşdü

İlham Əliyev rumıniyalı həmkarı ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla