Birdəfəlik sosial müavinətlərin ödəniləcəyi tarix açıqlandı
17:46
| Ana səhifə Planet |
|
Böyük Britaniyada buxar lokomotivi 58 ildən sonra ilk dəfə insanın ölümünə səbəb olub.
Axar.az xəbər verir ki, bu barədə “Sun” qəzeti məlumat yayıb.
“Hadisə səhər saatlarında Londonun qərbində yerləşən Hanvell stansiyasında baş verib. Buxar lokomotivi relslərin üzərində olan şəxsi vurub. Lokomotiv Birinci Dünya müharibəsinin başa çatmasını rəsmiləşdirən Kompyen barışığının imzalanmasının ildönümü münasibətilə həlak olmuş britaniyalı hərbçilərin xatirəsinə həsr edilən xüsusi ekspress qatarın tərkibində hərəkət edəcəkmiş”, - məlumatda deyilib.
Qeyd edək ki, hadisə nəticəsində qatarın səfəri ləğv edilib.
|
Tarix
2026.11.13 / 17:40
|
Müəllif
Zeynəb Əkbər
|