Bu, Bakı ilə münasibətlərdə yeni fəsil açacaq - Vud
21:54
| Ana səhifə Planet |
|
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qətər Əmiri Şeyx Təmim bin Həməd əs- Sani ilə İstanbulda görüşüb.
Axar.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
Məlumata görə, liderlər Yüksək Strateji Komitənin 12-ci iclasına rəhbərlik ediblər. İclasın yekunu olaraq, iki ölkə arasında ticarət, təhsil, diplomatiya və müdafiə sahələrini əhatə edən 5 saziş imzalanıb.
İmzalanan sənədlər istehlakçı hüquqlarının müdafiəsi və bazara nəzarət, təhsil sahəsində əməkdaşlıq, sülh və münaqişələrin həlli, eləcə də qarşılıqlı müdafiə məsələlərini əhatə edir.
İclasın sonunda Birgə Bəyannamə qəbul olunub.
|
Tarix
2026.11.13 / 21:45
|
Müəllif
Axar.az
|