ABŞ-dan hesabat: Bu, Ukraynada sistemli problem olaraq qalır!
08:30
| Ana səhifə Planet |
|
Korrupsiya Ukraynada müdafiə təchizatı və enerjiyə təsir edən ciddi sistemli problem olaraq qalır.
Axar.az xəbər verir ki, bu barədə Pentaqon, Dövlət Departamenti və USAID auditorlarının birgə hesabatında deyilir.
Bildirilib ki, korrupsiya həmçinin hökumətin ən yüksək səviyyələrinə də sirayət edir.
"2022-ci ildə tətbiq edilən təcili müqavilə mexanizmləri sui-istifadə üçün əlverişli şərait yaratdı və hakimiyyət orqanlarına ənənəvi çoxqatlı nəzarət strukturlarından yayınmağa imkan verdi”, - bildirilib.
Hesabatda vurğulanır ki, korrupsiya sxemləri və ödənişlərdən yayınma Ukrayna büdcəsinə gündəlik 10 milyon dollara qədər ziyan vurub.
|
Tarix
2026.11.14 / 08:30
|
Müəllif
Axar.az
|