Hörmüzdə minaya düşən tanker yandı
10:14
| Ana səhifə Planet |
|
Hörmüz boğazının şərq hissəsində hərbi dəniz minasına düşən tanker yanıb və hərəkətsiz qalıb.
Axar.az xəbər verir ki, bu barədə İran Hərbi Dəniz Qüvvələri məlumat yayıb.
Bildirilib ki, hadisə noyabrın 14-də boğazın məhdud və təhlükəli elan edilmiş ərazisində baş verib.
Qeyd olunub ki, tanker əvvəlcədən edilmiş xəbərdarlıqlara məhəl qoymayıb, həmçinin izləmə və identifikasiya sistemlərini söndürüb.
İran Hərbi Dəniz Qüvvələri həmin ərazidən keçən gəmilərin təhlükə ilə üzləşə biləcəyi barədə xəbərdarlıq edib.
|
Tarix
2026.11.14 / 10:14
|
Müəllif
Axar.az
|