Yuxarı

Dünya çempionu Almaniya prezidentliyinə namizəd oldu

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dünya çempionu Almaniya prezidentliyinə namizəd oldu

Almaniya üçün Alternativ (AfD) Partiyası Almaniya prezidentliyinə rəsmi olaraq öz namizədini irəli sürüb. Bu, keçmiş alman futbolçu və 1990-cı ilin dünya çempionu Tomas Bertolddur.

Axar.az xəbər verir ki, AfD-nin həmsədrləri Tino Çrupalla və Alis Vaydel onun namizədliyini partiyanın 10-cu iclasında açıqlayıblar.

"Tomas Bertoldun timsalında bütün almanların maraqlarını həqiqətən təmsil edə biləcək bir namizəd tapdıq", - deyə onlar bildiriblər.

Bununla belə, ekspertlər keçmiş futbolçunun prezident seçilmək şansını o qədər də yüksək hesab etmirlər.

Qeyd edək ki, 2027-ci il yanvarın 30-da Almaniya Federal Assambleyası növbəti prezidenti seçmək üçün toplanacaq. İki dəfə prezident seçilən Frank-Valter Ştaynmayer qanunvericiliyə əsasən yenidən bu posta namizəd ola bilməz.

Tarix
2026.11.14 / 21:19
Müəllif
Axar.az
Digər xəbərlər

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol

İran rejiminin süqutu başlayıbmı?

Quterreşdən anlamlı çıxış: Belə sülh qura bilməzsiniz...

Türkiyəni işğaldan İran xilas edib? - Qalmaqal böyüdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla