Yuxarı

Xəyanətdə suçlanan “Nvidia”nın sabiq şefi geri dönür

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xəyanətdə suçlanan “Nvidia”nın sabiq şefi geri dönür

“Nvidia” şirkətinin keçmiş rəhbəri Censen Huanq Silikon vadisindəki texnologiya şirkətlərindən birində rəhbər vəzifəyə qayıda və ya öz şirkətini yarada bilər.

Axar.az Publika.az- istinadən xəbər verir ki, bu barədə “Politiko” nəşri yazır.

“Texnologiya sektorundan beş mənbə Huanqın gec-tez Silikon vadisində rəhbər vəzifəyə qayıdacağını gözləyir”, – nəşrin məqaləsində qeyd olunur.

Kaliforniyada adı açıqlanmayan startapın rəhbəri Huanqın sənayedəki nüfuzuna istinad edərək belə bir ssenarini “qaçılmaz” adlandırıb.

Digər mənbə bildirib ki, bulud infrastrukturu sahəsində fəaliyyət göstərən iri şirkətlər və Silikon vadisinin startapları keçmişdə yol verdiyi səhvlərə baxmayaraq, Huanqı öz sıralarına cəlb etmək üçün fəal səylər göstərirlər.

Nəşrin üç həmsöhbəti hesab edir ki, əhəmiyyətli kapitala malik Huanq üçün mövcud şirkətə qoşulmaqdansa, öz layihəsini yaratmaq daha asan olardı.

Bundan əvvəl “Nvidia” şirkətinin rəhbəri ABŞ xüsusi xidmət orqanlarının Çin kəşfiyyatının agenti hesab etdiyi qadınla romantik münasibətdə olmaqda şübhəli bilinib. KİV-in məlumatına görə, həmin qadın casusluq etmək və ABŞ-ın Çinə süni intellekt çiplərinin tədarükünə qoyduğu qadağaları aşmağa çalışmaq məqsədilə ələ alınıb. Huanq xəyanət etdiyini etiraf edərək əməkdaşlarından və ailəsindən üzr istəyib. Lakin qısa müddət sonra jurnalistlər Huаnqın daha bir münasibəti barədə məlumat yayıblar. Bu dəfə onun münasibətdə olduğu şəxsin “Nvidia”nın vitse-prezidenti və tabeliyində çalışan Kimberli Pauell olduğu iddia edilib.

Noyabrın 12-də Huanq 1993-cü ildə şirkət təsis ediləndən bəri tutduğu vəzifədən ayrılıb və direktorlar şurasını tərk edib. “Nvidia”nın maliyyə direktoru Kolet Kress müvəqqəti olaraq şirkətin rəhbəri vəzifəsini icra etməyə təyin olunub. Həmin gün KİV iş adamının daha bir, üçüncü ehtimal olunan sevgilisi – başqa bir həmkarı barədə məlumat yayıb.

Tarix
2026.11.15 / 00:08
Müəllif
Axar.az
Digər xəbərlər

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol

İran rejiminin süqutu başlayıbmı?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla