Müharibəni bitirmək üçün yeni təkliflər üzərində işləyirik
01:38
| Ana səhifə Planet |
|
Tərəfdaşlarımızla birgə Rusiya-Ukrayna münaqişəsinin nizamlanması üzrə danışıqlarda fikir ayrılıqlarının aradan qaldırılması üçün yeni təkliflər üzərində işləyirik.
Axar.az xəbər verir ki, bu sözləri ABŞ prezidentinin kürəkəni Cared Kuşner X hesabında yazıb.
"Danışıqlar zamanı hazırda bir neçə yeni ideya ortaya çıxıb. Onlardan bəziləri birbaşa irəliləyişə səbəb ola, digərləri isə mövcud fikir ayrılıqlarını aradan qaldırmağa kömək edə biləcək yeni təkliflərə çevrilə bilər", - Kuşner bildirib.
Qeyd edək ki, Rusiya, ABŞ və Ukrayna nümayəndə heyətləri arasında danışıqlar noyabrın 10-11-də Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilib.
|
Tarix
2026.11.15 / 01:38
|
Müəllif
Axar.az
|