Yuxarı

Rusiyanın Britaniya və Avropadan tələbləri bunlardır

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiyanın Britaniya və Avropadan tələbləri bunlardır

Rusiya Böyük Britaniyanın nüvə arsenalından digər Avropa ölkələrinin müdafiəsi məqsədilə istifadə etmək imkanından imtina etməsini tələb edir.

Axar.az xəbər verir ki, bu barədə “Teleqrаf” nəşri yazıb.

Nəşr qeyd edir ki, bu təklif Rusiyanın danışıqlar qrupunun Ukraynada müharibənin dayandırılması ilə bağlı müzakirələr üçün hazırladığı tələblər siyahısına daxil edilib.

Xatırladılır ki, Böyük Britaniya NATO-nun kollektiv müdafiəsi çərçivəsində nüvə silahı daşıyan sualtı qayıqlardan istifadə edən yeganə Avropa ölkəsidir. Böyük Britaniyanın Baş naziri Endi Börnhem isə bu yaxınlarda qitənin təhlükəsizliyinin Rusiya ilə müzakirə mövzusu ola bilməyəcəyini bəyan edib.

Sənəddə, həmçinin Qərb ölkələrinin Ukraynaya silah, hərbi texnika və digər hərbi təyinatlı məhsulların tədarükünü dayandırması, eləcə də Ukraynanın NATO-ya üzvlüyü perspektivinin istisna edilməsi tələb olunur.

Nəşrin məlumatına görə, Moskva müharibə başa çatdıqdan sonra da Ukraynanın işğal olunmuş əraziləri üzərində nəzarəti saxlamaq niyyətindədir. Bunun müqabilində Rusiya Ukraynanın Avropa Birliyinə üzvlüyünü dəstəkləyə bilər. Lakin bunun üçün Kiyevin AB-nin ümumi müdafiə siyasətindən kənarda qalması şərtini irəli sürür.

Tarix
2026.11.15 / 08:00
Müəllif
Axar.az
Digər xəbərlər

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla