Ukrayna Rostovu vurdu: ölən və yaralananlar var
12:48
| Ana səhifə Planet |
|
Noyabrın 15-də Rusiyanın Rostov vilayətinə hücum PUA hücumu edilib.
Axar.az xəbər verir ki, bu barədə Rostov vilayətinin qubernatoru Yuri Slyusar məlumat verib.
Onun sözlərinə görə, zərbələr nəticəsində Taqanroqda iki elektrik yarımstansiyası zədələnib ki, nəticədə qatarların hərəkəti dayandırılıb. Neklinovski rayonunda isə R-280 magistral yolundakı körpüyə ziyan dəyib.
Qubernator hücumlar nəticəsində 1 nəfərin öldüyünü, daha 4 nəfərin isə yaralandığını bildirib.
|
Tarix
2026.11.15 / 12:48
|
Müəllif
Axar.az
|