Yuxarı

Türkiyədə avtomobil yolları PUA-lar üçün uyğunlaşdırılacaq

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyədə avtomobil yolları PUA-lar üçün uyğunlaşdırılacaq

Türkiyənin nəqliyyat və infrastruktur naziri Əbdülqədir Uraloğlu təbii fəlakət, fövqəladə vəziyyət və ya əvvəlcədən planlaşdırılmayan logistika əməliyyatları zamanı pilotsuz uçuş aparatlarının (PUA) uçuş-enməsi və parklanması məqsədilə ölkənin yol infrastrukturunun təkmilləşdiriləcəyini bildirib.

Axar.az xəbər verir ki, nazir PUA-lar üçün, ümumilikdə, 9562 yararlı yol sahəsinin müəyyənləşdirildiyini qeyd edib.

“İlkin mərhələdə 52 yol sahəsi PUA-lar tərəfindən istifadə oluna biləcək. “AKINCI” və “Bayraqdar TB2” PUA-ları test mərhələsində Manisa-Balıkesir avtomobil yoluna uçuş-enmə həyata keçiriblər”, - deyə Ə.Uraloğlu bildirib.

Onun sözlərinə görə, Türkiyənin nəqliyyat infrastrukturunun fövqəladə hallara hazırlığı istiqamətində addımlar bundan sonra da davam etdiriləcək.

Tarix
2026.11.15 / 18:16
Müəllif
Axar.az
Digər xəbərlər

Paşinyan Pnompendə Bakı ilə sülhdən danışdı

Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...

Bakı və London arasındakı bəyannamə... - Qafarov

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla