NATO-dan gözlənilməz: Bu ölkədə sammit ləğv edilir!
18:28
| Ana səhifə Planet |
|
NATO 2027-ci ildə Albaniyada keçiriləcək sammiti ləğv edəcək və Ukrayna, İran məsələləri ilə bağlı fikir ayrılıqlarına görə yüksək səviyyəli görüşlərin sayını azaldacaq.
Axar.az xəbər verir ki, bu barədə AP məlumat yayıb.
Albaniyanın Baş naziri Edi Rama sammitin 2027-ci ildə keçirilməyəcəyini qəti şəkildə bəyan edib. O bildirib ki, görüş 2028-ci ildə keçirilərsə, ona Albaniyanın paytaxtı Tirana ev sahibliyi edəcək. NATO-nun Baş katibi Mark Rutte alyansın sammitləri zərurət yarandıqca keçirdiyini bildirib.
Nəşr qeyd edib ki, 2027-ci ildə NATO ölkələrinin xarici işlər nazirləri iki dəfə deyil, bir dəfə görüşəcək:
"Oktyabr ayında isə müdafiə nazirlərinin görüşü planlaşdırılmayıb".
|
Tarix
2026.11.15 / 18:28
|
Müəllif
Axar.az
|