İndoneziyada təbii fəlakət: 600 evə ziyan dəydi - Video
18:40
| Ana səhifə Planet |
|
İndoneziyanın Qərbi Yava və Lampunq əyalətlərində şiddətli fırtına səbəbindən təxminən 600 evə ciddi ziyan dəyib.
Axar.az xəbər verir ki, bu barədə ölkənin Milli Fəlakətlərin İdarə Edilməsi Agentliyinin məlumatında deyilir.
Bildirilib ki, qasırğa nəticəsində 3 nəfər xəsarət alıb.
Təbii fəlakətlə əlaqədar Qərbi Yava əyalətində fövqəladə vəziyyət rejimi elan edilib.
|
Tarix
2026.11.15 / 18:40
|
Müəllif
Axar.az
|