Yuxarı

Azərbaycanlı xanım İsveçdə yüksək vəzifə aldı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanlı xanım İsveçdə yüksək vəzifə aldı

Güney Azərbaycanın tanınmış siyasi xadiminin qızı İsveçin ən mühüm regional idarəetmə qurumlarından birinə rəhbərlik edəcək.

Axar.az Musavat.com-a istinadən xəbər verir ki, İsveçdə yaşayan azərbaycanlı xanım Aida Kərimi Avropa siyasətində mühüm uğura imza atıb. O, İsveçin ən böyük bölgələrindən biri olan Västra Götalandın Regional İnkişaf Komissiyasının sədri seçilib.

Aida Kərimi İsveçin nüfuzlu siyasi qüvvələrindən olan Mərkəz Partiyasının (Centerpartiet) təmsilçisidir. O, regional seçkilərdə partiyasının Västra Götaland bölgəsi üzrə birinci namizədi kimi seçilib, daha sonra bölgənin 15 aparıcı siyasi rəhbərindən biri olaraq Regionråd statusu qazanıb.

İndi isə azərbaycanlı siyasətçiyə bölgənin iqtisadi və sosial gələcəyinin müəyyənləşdirilməsində mühüm rol oynayan Regional İnkişaf Komissiyasına rəhbərlik etmək həvalə olunub.

Bu qurum regionun iqtisadi inkişafı, yeni iş yerlərinin yaradılması, sahibkarlığın dəstəklənməsi, iqtisadi artım və uzunmüddətli inkişaf strategiyası ilə bağlı qərarların hazırlanmasında mühüm səlahiyyətlərə malikdir.

İsveçdə regional idarəetmə sistemi geniş səlahiyyətlərə əsaslanır. Buna görə də Aida Kəriminin yeni vəzifəsi yalnız siyasi nüfuz deyil, həm də ciddi idarəçilik məsuliyyəti deməkdir.

Aida Kəriminin kimliyi isə bu uğuru azərbaycanlılar üçün daha da əlamətdar edir.

O, Güney Azərbaycan Milli Hərəkatının tanınmış nümayəndələrindən, Güney Azərbaycan Demokrat Partiyasının sözçüsü Mahmud Bilginin qızıdır.

Beləliklə, Güney Azərbaycan əsilli bir xanım Avropanın inkişaf etmiş ölkələrindən birində yüksək siyasi vəzifəyə yüksələrək İsveçin regional idarəetmə sistemində söz sahibi olub.

Aida Kəriminin uğuru həm İsveçdə yaşayan azərbaycanlı icması, həm də dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən soydaşlarımız üçün qürurverici hadisədir.

Tarix
2026.11.15 / 20:33
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev televiziya və radio işçilərini təbrik etdi

Paşinyan Pnompendə Bakı ilə sülhdən danışdı

Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...

Bakı və London arasındakı bəyannamə... - Qafarov

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla