Yuxarı

MOSSAD Türkiyədə məşhur generalı oğurlayıb öldürdü

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
MOSSAD Türkiyədə məşhur generalı oğurlayıb öldürdü

İsrailin kəşfiyyat xidməti MOSSAD-ın Türkiyədə İranın keçmiş müdafiə nazirinin müavini Əli Rza Əsgərini oğurlayaraq öldürdüyü iddia edilir.

Axar.az Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə “Nyu York Tayms” (NYT) nəşri yazıb.

Bildirilir ki, MOSSAD iranlı generalı İsrailin hərbi naviqatoru Ron Aradın itkin düşməsi ilə bağlı oğurlayıb və həftələrlə dindirib, daha sonra isə öldürüb.

Araşdırma İsrail, İran və ABŞ-dan onlarla rəsmi şəxslə, eləcə də Ron Aradın axtarışında iştirak etmiş insalarla aparılan müsahibələrə əsaslanır. ABŞ-ın keçmiş yüksəkvəzifəli rəsmilərindən biri Əsgərinin gəmidə dindirildiyini, daha sonra isə meyitinin Qara dənizə atıldığını iddia edib.

Əsgərinin həyat yoldaşının sözlərinə görə, o, 2006-cı ilin dekabrında İstanbulda yerləşən hoteldən yoxa çıxıb. Əsgəri İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) “Qüds” qüvvələrinin generalı olub, Hizbullah rəhbərliyi ilə əlaqələr saxlayıb və Ron Aradın itkin düşməsindən qısa müddət sonra Livana gəlib.

İsrail uzun illər Əsgərinin yoxa çıxmasında iştirakını təkzib edib. Bununla belə, ABŞ-ın keçmiş rəsmilərindən birinin iddiasına görə, sonrakı danışıqlar zamanı İsrail nümayəndələri amerikalı həmkarlarına Əsgərinin öldüyünü bildiriblər.

Qeyd edək ki, Ron Arad 1986-cı ildə Livan üzərində hərbi əməliyyat zamanı təyyarəsi vurulan İsrail Hərbi Hava Qüvvələrinin pilotu və naviqatorudur. O, katapult etdikdən sonra əsir götürülüb və taleyi uzun illər naməlum qalıb. İsrail kəşfiyyatının 2016-cı il qiymətləndirməsinə görə, Aradın 1988-ci ildə Livanın Nabi Şit bölgəsində öldüyü ehtimal olunur. Lakin onun nəşinin yeri bu günədək müəyyən edilməyib.

2026-cı ilin martında İsrail hərbçiləri onun qalıqlarını tapmaq məqsədilə kənd qəbiristanlığında məzarlardan birini açıblar. Lakin axtarış heç bir nəticə verməyib.

Ron Aradın taleyi İsrail üçün onilliklərdir həssas milli təhlükəsizlik məsələsidir. “Mossad”ın İran rəsmilərini onun haqqında məlumat əldə etmək məqsədilə oğurlaması ilə bağlı iddialar da bu məsələ ilə əlaqələndirilir.

Tarix
2026.11.15 / 21:05
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev televiziya və radio işçilərini təbrik etdi

Paşinyan Pnompendə Bakı ilə sülhdən danışdı

Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...

Bakı və London arasındakı bəyannamə... - Qafarov

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla