Yuxarı

Ərəb ölkələri "dəhşət içində": Trampla əlaqələr araşdırılsa...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ərəb ölkələri "dəhşət içində": Trampla əlaqələr araşdırılsa...

Səudiyyə Ərəbistanı, BƏƏ və Qətər hökumətləri ABŞ Konqresində demokratların Prezident Donald Tramp və ailəsi ilə mümkün korrupsiya əlaqələrinə dair araşdırmalarına “dəhşət içində” hazırlaşırlar.

Axar.az xəbər verir ki, bu barədə “Vaşinqton Post” qəzeti ABŞ rəsmiləri və diplomatları arasındakı mənbələrə istinadla məlumat yayıb.

"Aralıq seçkilərdə qələbə qazanacaqları təqdirdə demokratlar “pulun izinə düşəcəklərini”, bu iz hara aparırsa-aparsın, Tramp administrasiyasının və onun ətrafının maliyyə əməliyyatlarını araşdıracaqlarını vəd ediblər. Partiya nümayəndələri artıq üç monarxiyanı qarşıdan gələn araşdırmalar barədə xəbərdar ediblər. Araşdırmaların diqqət mərkəzində daşınmaz əmlak sövdələşmələri, investisiyalar və Qətərin 400 milyon dollar dəyərində lüks “Boinq 747-8” şəxsi təyyarəsini hədiyyə etməsi məsələsi ola bilər.

Tramp ailəsinin kriptovalyuta biznesində BƏƏ-nin iştirakının xüsusi maraq doğuracağı gözlənilir.

Demokratlar, həmçinin Səudiyyə Ərəbistanının Cared Kuşnerin biznesinə yatırdığı investisiyaları araşdıra bilərlər: 2021-ci ildə krallığın suveren fondu onun “Affinity Partners” şirkətinə 2 milyard dollar investisiya qoyub.

Trampın Ağ Evə qayıtmasından sonra ailəsi ölkədəki biznes fəaliyyətini genişləndirərək Ciddədə “Trump Tower” və “Trump Plaza”nın, Ər-Riyadda isə yaşayış komplekslərinin tikintisini elan edib.

Araşdırmanın digər mümkün istiqaməti ABŞ texnologiyalarından istifadə etməklə Səudiyyə Ərəbistanında atom energetikasının inkişafına dair razılaşma ola bilər",- məlumatda deyilib.

Tarix
2026.11.16 / 09:00
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

İlham Əliyev televiziya və radio işçilərini təbrik etdi

Paşinyan Pnompendə Bakı ilə sülhdən danışdı

Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...

Bakı və London arasındakı bəyannamə... - Qafarov

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla