Ukrayna NATO-ya qəbul edilsə, bu savaş başlayacaq - Devis
08:00
| Ana səhifə Planet |
|
NATO hələ də Ukraynanı öz sıralarına qəbul etməkdən imtina edir, çünki bu, Şimali Atlantika Alyansı üçün intihar olardı.
Axar.az xəbər verir ki, bunu amerikalı hərbi analitik Daniel Devis deyib.
Ekspert bildirib ki, NATO əslində Kiyevi qəbul edə və onun uğrunda mübarizəyə başlaya bilər, lakin potensial fəlakətli nəticələrə görə bunu etmir:
"Biz bunu indi ona görə etmirik ki, çünki bu, intihar olardı. Bu, demək olar ki, dərhal nüvə münaqişəsinə səbəb olardı".
O, həmçinin əlavə edib ki, Qərb Ukraynanın üzvlüyü ilə bağlı iqtisadi, maliyyə və hərbi öhdəlikləri öz üzərinə götürməyə həqiqətən hazır deyil və buna görə də heç kim onun qəbul edilməsini ciddi şəkildə düşünmür.
|
Tarix
2026.11.17 / 08:00
|
Müəllif
Axar.az
|