Çexiyada qatarlar toqquşdu, xəsarət alanlar var
13:36
| Ana səhifə Planet |
|
Yaponiya Rusiyaya məxsus iki təyyarəni hava məkanını pozmaqda ittiham edib.
Axar.az xəbər verir ki, bu barədə Yaponiya Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, insidentlər noyabrın 17-də səhər saatlarında Fukuoka prefekturasının sahillərində yerləşən Okinosima adası yaxınlığında baş verib. Birinci təyyarə Bakı vaxtı ilə saat 23:07-dən 23:10-dək, ikinci təyyarə isə 23:09-dan 23:12-dək ölkənin hava məkanında olub. Buna cavab olaraq, Yaponiya Özünümüdafiə Qüvvələrinin Qərb Hava Komandanlığına məxsus qırıcılar havaya qaldırılıb. Qırıcıların ekipajları təyyarələrin pilotlarına xəbərdarlıq edib.
|
Tarix
2026.11.17 / 13:30
|
Müəllif
Zeynəb Əkbər
|