Yuxarı

Antalyada mühüm razılaşma əldə olundu

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Antalyada mühüm razılaşma əldə olundu

Türkiyənin Antalya şəhərində davam edən COP31 çərçivəsində okean və dənizlərin mühafizəsi, iqlim dəyişmələrinin təsirlərinin azaldılması və beynəlxalq əməkdaşlığın gücləndirilməsini nəzərdə tutan “Antalya Okeanlar və Dənizlər Razılaşması” əldə olunub.

Axar.az xəbər verir ki, sənəd okean əsaslı iqlim təşəbbüslərinin həyata keçirilməsini sürətləndirməyi, maliyyə imkanlarına çıxışı yaxşılaşdırmağı və ölkələr arasında əməkdaşlığı genişləndirməyi hədəfləyir.

Razılaşmada okeanların istiləşməsi, çirklənmə, dəniz səviyyəsinin yüksəlməsi və biomüxtəlifliyin azalmasının yaratdığı risklərə diqqət çəkilir. Bu problemlərin aradan qaldırılması üçün dəniz ekosistemlərinin qorunması, elmi tədqiqatların və erkən xəbərdarlıq sistemlərinin inkişaf etdirilməsi vacibliyi vurğulanır.

Sənəddə, həmçinin 2030-cu ilədək sahilyanı və dəniz ərazilərinin azı 30 faizinin mühafizəsini nəzərdə tutan “30x30” təşəbbüsünə dəstək ifadə olunur. Razılaşma mövcud beynəlxalq təşəbbüslərin əlaqələndirilməsini və iqlim maliyyələşməsinə çıxışın asanlaşdırılmasını da nəzərdə tutur.

Tarix
2026.11.17 / 19:36
Müəllif
Axar.az
Digər xəbərlər

30 yaşında deputat, 35 yaşında nazir oldu

Prezident Yohan David Vadefulla görüşdü

İlham Əliyev Mariam Kvrivişvilini qəbul etdi

Azərbaycanda məzuniyyətə çıxmaq məcburi olacaq

Hər bir azərbaycanlı müstəqil dövləti ilə qürur duyur!

Türkiyə səfirliyi Azərbaycanı təbrik etdi - Foto

Nəsimi Ermənistana hansı silah-sursatla keçib?

Almaniya xarici işlər naziri Azərbaycana gəlir

Hacıyev AB-nin yüksəkvəzifəli rəsmiləri ilə görüşdü

Tramp-Putin-Si görüşü: dünyada nə dəyişəcək?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla