İrəvanda onlarla
vətəndaş Nazirlər Kabineti binası önündə etiraz aksiyası
keçirir.
"Axar.az" APA-ya istinadən verdiyi məlumata görə, etirazçılar
hökumət binalarını yandıracaqlarını bildirirlər.
Baş naziri və paytaxt merini yalan vədlər verməkdə ittiham edən
aksiya iştirakçıları Nazirlər Kabineti binasına yaxınlaşmağa cəhd
etsələr də, polis əməkdaşları buna mane olublar.
"Onlar evlərimizi qaytarmasalar, İrəvana od vuracağıq. Qruplara
bölünəcəyik və benzinlə dolu şüşələrin köməkliyi ilə hökumət
binalarını yandıracağıq", - deyə aksiya iştirakçılarından biri
bildirib.
Qeyd edək ki, 2008-ci ildə İrəvanda bəzi fərdi evlər dövlət
maraqları zonalarına düşdüyündən sökülüb. Ev sahiblərinə 3 il
müddətində yeni mənzillər veriləcəyi bildirilsə də, bu vaxtadək bu
vədə əməl olunmayıb.