Ukraynaya vaxtından əvvəl vəd verildi - Bayden
20:56
| Ana səhifə Planet |
|
ABŞ-ın keçmiş prezidenti Co Bayden Ukraynaya 2008-ci ildə NATO-ya üzvlük vədinin vaxtından əvvəl verildiyini iddia edib.
Axar.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə o, yenicə nəşr olunan “Promise Me, America” (“Mənə söz ver, Amerika”) adlı memuarında yazıb.
“Ukraynanın NATO-ya üzvlüyündə israr etmədik. 2008-ci ildə verilən vəd vaxtından əvvəl idi”, - Bayden bildirib.
Amerikanın sabiq lideri Ukraynaya təhlükəsizliyin təmin edilməsi üçün fərqli alternativin təklif edilməli olduğunu vurğulayıb. Co Bayden Ukraynaya xüsusi status verilməsini təklif edib. Bu status Ukraynanın NATO üzvü olmadan Avropa Birliyi və ABŞ ilə koordinasiyalı şəkildə qorunmasını nəzərdə tutur.
|
Tarix
2026.11.17 / 20:56
|
Müəllif
Axar.az
|