Krım körpüsünə hücum uğurlu oldu - Rutte
21:25
| Ana səhifə Planet |
|
Ukraynanın özünü müdafiə etməsinin vacib olduğunu düşünürəm. Bu həmçinin logistika qovşaqlarına zərbələr endirilməsi deməkdir. Buna görə də, əlbəttə, nə baş verdiyini anlamalıyıq. Amma ən azı mediada yayılan kadrlara əsasən, görünür ki, onlar uğur əldə ediblər.
Axar.az xəbər verir ki, bunu NATO baş katibi Mark Rutte Ukraynanın Krım körpüsünə hücumunu şərh edərkən deyib.
Qeyd edək ki, bu gün Ukrayna ordusu Krım körpüsünə zərbələr endirib. Zərbələr nəticəsində tağla yanaşı, körpünün nəqliyyat vasitələri üçün nəzərdə tutulan hissəsinin tamamilə uçdub, gəmi keçidi isə körpünün dağıntıları səbəbindən bağlanıb.
|
Tarix
2026.11.17 / 21:25
|
Müəllif
Axar.az
|