Yuxarı

Ukrayna Krım körpüsünə elə bir zərbə vurub ki... - DE

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ukrayna Krım körpüsünə elə bir zərbə vurub ki... - DE

Rusiyanın Krım körpüsündə nəqliyyatın fəaliyyətini təkrar bərpa etməsi 2 il çəkə bilər.

Axar.az xəbər verir ki, bu barədə “Defens Ekspress” nəşrinin analitikləri bildiriblər.

Bildirilir ki, dağıdılmış tağ əvəzinə yeni tağ inşa edilərək quraşdırılmayana qədər avtomobil körpüsünün fəaliyyətini heç bir rejimdə bərpa etmək mümkün olmayacaq.

Qeyd olunur ki, 2022 və 2023-cü illərdə həyata keçirilən əvvəlki hücumlar zamanı yalnız körpünün dayaqları və avtomobil yolunun aşırımları zədələnmişdi. Nəşrin xatırlatdığına görə, həmin vaxt körpünün tam bərpası müvafiq olaraq 4,6 və 7 ay çəkmişdi.

Bunun səbəbi aşırımların standart konstruksiyaya malik olması, onların hazırlanması və quraşdırılmasının daha az vaxt və resurs tələb etməsi idi.

Lakin analitiklərin vurğuladığı kimi, budəfəki hücum nəticəsində körpünün gəmiçilik üçün nəzərdə tutulmuş bütün hissəsi üzərindən uzanan, uzunluğu 227 metr, çəkisi isə 5 min tondan çox olan unikal metal tağ məhv edilib. Hücum nəticəsində körpüdə avtomobil hərəkəti mümkünsüz olmaqla yanaşı, Azov dənizindən Qara dənizə yeganə keçid də bağlanıb.

Nəşr əlavə edib ki, dəmir yolu və avtomobil körpülərinin tağları qurudakı xüsusi meydançada inşa edilir, daha sonra bütöv konstruksiya şəklində daşınaraq nəzərdə tutulan yerə quraşdırılırdı:

“Belə bir tağın yalnız yığılması təxminən 11 ay – 2016-cı ilin avqustundan 2017-ci ilin iyul ayının sonunadək davam edib”.

Bundan əlavə, konstruksiyanın tamamlanması, hazır tağların daşınmaya hazırlanması və birbaşa quraşdırılması üçün 2017-ci ilin noyabr ayının ortalarınadək daha üç ay yarım vaxt tələb olunmuşdu. Beləliklə, tağın yığılmasına başlanmasından onun dayaqlar üzərində quraşdırılaraq bərkidilməsinədək ümumilikdə 14 aydan çox vaxt sərf edilib.

Analitiklər əlavə edirlər ki, tağların yığıldığı xüsusi platformanın tikintisi, eləcə də nəhəng və ağır konstruksiyanın daşınması və qaldırılması üçün xüsusi avadanlıqların hazırlanması da əlavə vaxt aparıb:

“Buna görə də layihələndirmədən tağın quraşdırılmasınadək bütün proses təxminən iki il çəkib”.

Qeyd edək ki, ötən gün Ukrayna ordusu Krım körpüsünə növbəti güclü zərbələr endirib.

Tarix
2026.11.18 / 09:28
Müəllif
Axar.az
Digər xəbərlər

Avropa “vassala” çevrilir: Makron Əliyevin dediklərini təkrarladı

Bunu etməsək, Bakı sülh sazişini imzalamayacaq

30 yaşında deputat, 35 yaşında nazir oldu

Prezident Yohan David Vadefulla görüşdü

İlham Əliyev Mariam Kvrivişvilini qəbul etdi

Azərbaycanda məzuniyyətə çıxmaq məcburi olacaq

Hər bir azərbaycanlı müstəqil dövləti ilə qürur duyur!

Türkiyə səfirliyi Azərbaycanı təbrik etdi - Foto

Nəsimi Ermənistana hansı silah-sursatla keçib?

Almaniya xarici işlər naziri Azərbaycana gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla