Neftin bu günə olan qiyməti
09:48
| Ana səhifə Planet |
|
İsrailin müxalifətdəki Yaşar Partiyasından olan deputatı Matan Kahana Knessetin (parlamentin) spikeri seçilib.
Axar.az xəbər verir ki, bu barədə "Ynet" məlumat yayıb.
O, bu vəzifədə hakim Likud Partiyasının nümayəndəsi Amir Ohananı əvəz edib.
Knessetin 120 deputatından 66-sı Matan Kahananın namizədliyini dəstəkləyib. Səs verənlər arasında müxalifətdəki yəhudi və ərəb partiyalarının nümayəndələri də olub.
Baş nazir Benyamin Netanyahunun sədri olduğu Likud Partiyasının namizədi Ofir Katz isə 52 səs toplayıb.
Knesset kimi ilk çıxışında Kahana barışığa çağırıb və bütün İsrail vətəndaşlarının spikeri olacağını bildirib.
|
Tarix
2026.11.18 / 09:41
|
Müəllif
Axar.az
|