Birbank Private Azərbaycanın ən yaxşı özəl bankı seçildi
13:51
| Ana səhifə Planet |
|
Pakistan vətəndaşı Asif Merçant ABŞ Prezidenti Donald Trampa qarşı sifarişli qətl təşkil etməyə cəhd etdiyinə görə 27 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Axar.az xəbər verir ki, bu barədə ABŞ Ədliyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, 48 yaşlı Merçant SEPAH adından fəaliyyət göstərib. Trampdan başqa onun ehtimal olunan hədəfləri arasında ABŞ-ın keçmiş prezidenti Co Bayden və BMT-dəki keçmiş daimi nümayəndəsi Nikki Heyli də olub.
Qeyd edək ki, Merçant 2026-cı ildə ehtimal olunan muzdlu qatillərə əvvəlcədən pul verdikdən sonra saxlanılıb. Lakin həmin şəxslər əslində Federal Təhqiqatlar Bürosunun gizli fəaliyyət göstərən agentləri olub.
|
Tarix
2026.11.18 / 13:46
|
Müəllif
Zeynəb Əkbər
|