Yuxarı

Ukrayna Krım körpüsünü belə vurub – Unikal əməliyyat

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ukrayna Krım körpüsünü belə vurub – Unikal əməliyyat

Ukrayna Krım körpüsünü məhv etmək üçün İlon Maskın "Starlink" və "Starshield" peyk rabitə sistemlərindən istifadə etmədən, mürəkkəb, kombinə edilmiş əməliyyat həyata keçirib.

Axar.az xəbər verir ki, bu barədə “Tayms” nəşri əməliyyatda iştirak edən ukraynalı hərbçiyə istinadla məlumat yayıb.

Hərbçinin sözlərinə görə, bu əməliyyat təkcə Ukraynanın hərbi imkanlarının deyil, həm də texnoloji imkanlarının nümayişi olub:

“Biz bunu ABŞ, Çin və Rusiya liderləri arasındakı görüş ərəfəsində Putinin zəifliyini göstərmək məqsədilə rəmzi bir jest kimi planlaşdırdıq”.

Hərbçi bildirib ki, Ukrayna özünün dronlar və raketlər arasında siqnal ötürülməsi sistemini hazırlamaqla ABŞ-ın "Starlink" və "Starshield"in istifadəsinə tətbiq etdiyi məhdudiyyətlərdən yan keçməyə nail olub:

“Amerikalılar bu cür əməliyyatların aparılması üçün həyati əhəmiyyət kəsb edən rabitə sistemlərimizi iflic etməyə çalışdılar, lakin bu missiya sübut etdi ki, biz öz radiosiqnal ötürmə kanallarımızı yaratmağa qadirik. Tarixdə ilk dəfə olaraq, biz bu dronlardan istifadə edərək raketlərə video görüntülər ötürdük. Bu da raketlərin körpü üzərindəki konkret nöqtələri yüksək dəqiqliklə vurmasına imkan verdi. Biz nümayiş etdirdik ki, "Starlink" olmadan da belə əməliyyatları həyata keçirməyə qadirik”.

Nəşr əməliyyatda Ukrayna ordusunun raket bölmələri, 7-ci Dərin Zərbə Mərkəzi elit dron operatorları, Pilotsuz Sistemlər Qüvvələrinin 1-ci Əlahiddə Xüsusi Təyinatlı Briqadası, Ukrayna Təhlükəsizlik Xidməti, Hərbi Dəniz Qüvvələri və Ukrayna Xüsusi Əməliyyat Qüvvələrinin bölmələrinin iştirak etdiyini yazıb.

Hücum bir neçə həftə ərzində hazırlanıb. Əvvəlcə Ukrayna ordusu Rusiya hava hücumundan müdafiə sistemlərini, radar stansiyalarını və radioelektron mübarizə vasitələrini sistemli şəkildə məhv ediblər. Daha sonra yüzlərlə dron Rusiya hava hücumundan müdafiə sistemlərini iflic edib. Bundan dərhal sonra körpüyə Ukraynanın "Flaminqo" və "Neptun" qanadlı raketləri, eləcə də "Palyanitsa" raket-dronları ilə zərbələr endirilib.

“Beləliklə, Ukrayna nəinki Rusiyanın ən güclü müdafiə olunan obyektlərindən birinə zərbə endirdi, həm də ABŞ-ın peyk infrastrukturundan istifadə etmədən yüksək dəqiqlikli, kombinə edilmiş əməliyyatlar aparmaq bacarığını nümayiş etdirdi”, - nəşr yazıb.

Qeyd edək ki, Putin, Tram və Szinpin arasında görüşün sabah Şençjendə, Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq (APEC) sammiti çərçivəsində keçiriləcəyi gözlənilir. Artıq Putin və Tramp Çində səfərdədir.

Tarix
2026.11.18 / 14:16
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyə ilə Azərbaycan arasında münasibətlər... - Nazir

Bayramovdan TRİPP açıqlaması: Bakı ilə razılaşdırılmalıdır!

Hər şeyi edəcəyik ki, sülh müqaviləsi imzalansın...

Ermənistanla normallaşma prosesi... - Bayramov

Bayramov Əli Kərimli ilə bağlı bu sualı cavablandırdı

ABŞ-Çin-Rusiya liderlərinin görüşü... – Rəsmi Bakı

Vadeful Bakıdan İrana çağırış etdi

Almaniya ilə birbaşa uçuşların sayının artırılması...

Putinlə Szinpin görüşdü: Çoxqütblü dünya...

Ceyhun Bayramovla Vadeful Bakıda görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla