Yuxarı

Avropada britaniyalılar üçün ciddi problem yarandı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Avropada britaniyalılar üçün ciddi problem yarandı

Avropa Birliyinin Şengen zonasına giriş və çıxışların elektron qeydiyyatını nəzərdə tutan yeni sistemi (Entry-Exit System – EES) britaniyalı sərnişinlər üçün ciddi çətinliklər yaratmaqda davam edir.

Axar.az xəbər verir ki, bu barədə “Teleqrаf” nəşri məlumat yayıb.

Bildirilir ki, sistemdəki texniki nasazlıqlar səbəbindən bəzi sərnişinlər təyyarə uçuşlarını qaçırıb, ən azı bir nəfər isə səhvən deportasiya edilib.

Qeyd edən edək ki, uzun müddət təxirə salınan rəqəmsal sərhəd nəzarəti sistemi 2025-ci ilin oktyabrında tətbiq olunmağa başlayıb və 2026-cı ilin aprelindən etibarən bütün Şengen zonasında tam fəaliyyətə keçib.

Yeni qaydalara əsasən, Böyük Britaniya vətəndaşları da daxil olmaqla, AB-yə üzv olmayan ölkələrin vətəndaşları Şengen zonasının sərhədini ilk dəfə keçərkən elektron məlumat bazasında qeydiyyata düşməlidirlər. Bu zaman onların pasport məlumatları, üzlərinin biometrik təsviri və sağ əllərinin dörd barmaq izi sistemə daxil edilir.

EES sistemi Şengen zonasına daxil olan 29 ölkənin sərhəd-keçid məntəqələrini Fransanın Strasburq şəhərində yerləşən mərkəzi məlumat bazası ilə əlaqələndirir. Sistemin ehtiyat məlumat bazası isə Avstriyada yerləşir.

Lakin sistemin tətbiqi zamanı ölkələr arasında prosedur fərqlərinin olması və texniki problemlər sərhəd-keçid məntəqələrində çətinliklərə səbəb olub. Şengen zonasına daxil olan hər bir ölkə sistemin öz ərazisində tətbiqinə cavabdehdir və bəzi dövlətlər ümumi qaydaları fərqli şəkildə həyata keçirirlər.

Tarix
2026.11.18 / 18:39
Müəllif
Axar.az
Digər xəbərlər

Paşinyan Azərbaycanla delimitasiya prosesindən danışdı

Bakı Bəyannaməsi BMT-nin rəsmi sənədi kimi yayıldı

Szinpin buna görə Putini şəxsən qarşılamadı

Bu, ölkəmizin Avropa üçün önəmini təsdiqləyir

Prezident Oman Sultanını təbrik etdi

İlham Əliyev latviyalı həmkarını təbrik etdi

Bakı ilə İrəvan arasındakı sülh prosesi... – Gülər

Vadeful Bakıdan İrəvana uçdu

Türkiyə ilə Azərbaycan arasında münasibətlər... - Nazir

Bayramovdan TRİPP açıqlaması: Bakı ilə razılaşdırılmalıdır!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla