Vadeful Paşinyanla görüşündən yazdı: Sizin liderliyinizlə...
20:38
| Ana səhifə Planet |
|
Almaniya xarici işlər naziri Yohann Vadeful Ermənistan Baş naziri Nikol Paşinyanla görüşüb.
Axar.az xəbər verir ki, bu barədə alman nazir sosial şəbəkə hesabında yazıb.
“Ölkəniz və region üçün sülh imkanları sizin liderliyinizlə yaranıb, əziz Nikol Paşinyan. Sizinlə və xarici işlər naziri Ararat Mirzoyanla İrəvanda görüşmək mənim üçün şərəf idi. Sizi və ölkənizin cəsarətli xalqını təqdir edirəm. İki ölkə arasında dərin münasibətləri bundan sonra da inkişaf etdirməyə davam edəcəyik”, - Vadeful qeyd edib.
Xatırladaq ki, Vadeful Bakıda yüksəksəviyyəli görüşlərdən sonra İrəvana səfər edib.
|
Tarix
2026.11.18 / 20:38
|
Müəllif
Axar.az
|