GTA VI təqdim edildi, "PlayStation Network" çökdü
00:57
| Ana səhifə Planet |
|
"PlayStation Network" onlayn xidmətinin fəaliyyətində nasazlıqlar yaranıb.
Axar.az xəbər verir ki, bu barədə "Downdetector" resursu məlumat yayıb.
Bildirilib ki, əsasən Almaniya, Böyük Britaniya, Fransa və ABŞ-dan olan istifadəçilər serverə qoşulmaqda problemlər yaşadıqlarını bildirirlər.
Qeyd edək ki, dünya miqyasında nasazlıq "Rockstar Games"in "Grand Theft Auto VI" oyununun təqdimatı fonunda baş verib.
|
Tarix
2026.11.19 / 00:57
|
Müəllif
Axar.az
|