Yuxarı

Rusiya, Çin və İrandan bəyanat: MAQATE-yə şərt qoyuldu

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiya, Çin və İrandan bəyanat: MAQATE-yə şərt qoyuldu

Rusiya, Çin və İran nüvə obyektlərində MAQATE-nin yoxlamalarının əvvəlki qaydada bərpa olunması üçün Tehrana qarşı gələcəkdə hərbi hücumların həyata keçirilməyəcəyinə dair zəmanət verilməsini zəruri şərt hesab edir.

Axar.az xəbər verir ki, bu barədə üç ölkənin MAQATE-nin Rəhbərlər Şurasının sessiyasında Rusiya nümayəndə heyəti tərəfindən səsləndirilən birgə bəyanatında bildirilib.

Bəyanatda qeyd olunur ki, hərbi əməliyyatlar tam dayandırılmadan, yeni hücum təhlükələri aradan qaldırılmadan və belə hücumların təkrarlanmayacağına dair etibarlı zəmanətlər verilmədən İranda yoxlamaların əvvəlki qaydada bərpası mümkün deyil.

Üç ölkənin mövqeyinə görə, MAQATE-nin yoxlamaların dərhal və qeyd-şərtsiz bərpasını tələb etməsi, mövcud hərbi təhdidləri və obyektiv maneələri nəzərə almaması agentliyin İrandakı fəaliyyətinin tam bərpasına kömək etmir.

Bəyanatda vurğulanır ki, MAQATE-nin təminatları altında olan İranın nüvə obyektlərinə hərbi hücumlar və yeni zərbələr endirilməsi ilə bağlı davam edən təhdidlər ölkədə yoxlamaların normal qaydada aparılmasını xeyli çətinləşdirib.

Moskva, Pekin və Tehran mövcud fikir ayrılıqlarının həlli üçün qarşılıqlı hörmətə əsaslanan dialoq və diplomatiyanı yeganə real və işlək yol hesab etdiklərini bildiriblər.

Tarix
2026.11.19 / 01:20
Müəllif
Axar.az
Digər xəbərlər

Bu mərkəzə yeni direktor təyin olundu

Bayramov və Fidan arasında telefon danışığı oldu

Əliyevlə deyil, kimlə imzalayım? Lula da Silva ilə?

Sahibə Qafarova bu türk ölkəsinə getdi

Ölsəniz belə, sülh olacaq - Ararat Mirzoyan

Bayramovla ABŞ rəsmisi arasında kritik görüş

Kvrivişvili İlham Əliyevlə görüşündən danışdı

Çaylarla bağlı məsələni Bakı ilə danışmalıyıq - Paşinyan

Azərbaycan və Gürcüstan hərbi əməkdaşlığı müzakirə etdi

Paşinyan Azərbaycanla delimitasiya prosesindən danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla