Yuxarı

ABŞ Fələstinə 100 milyon yardım vəd etdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ Fələstinə 100 milyon yardım vəd etdi

ABŞ Dövlət katibi Con Kerri Fələstinə 100 milyon dollar yardım edəcəyinə söz verib.

İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşdən sonra Qərbi Şeriaya, Beytullahim şəhərinə gedən Kerri xristian dünyasının önəmli kilsələrindən olan Yenidən Doğuş Kilsəsini ziyarət edib.

Kerri kilsə önündə açıqlama da verib və bildrib ki, ABŞ Fələstin hakimiyyəti ilə əlaqələr qurmaqda maraqlıdır və Qərbi Şerianın infrastrukturunun qurulması üçün 100 milyon əlavə yardım etməyə hazırdır. Dövlət katibi yeni məktəblər və infrastukturun qurulmasına 6 ay ərzində vəd olunan vəsaitin köçürülməsini də boyun olub.

Qeyd edək ki, 3 ay öncə də ABŞ Fələstinə 25 milyon yardım etməklə bağlı qərar çıxarmışdı.

Kerri daha sonra Fələstin dövlət başçısı Mahmud Abbasla görüşmək üçün Ramallaha gedib.

Tarix
2013.11.07 / 01:06
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Çan Tan Man ilə görüşdü - Foto

Kestutis Budris Azərbaycana gəlir

İlham Əliyev Le Minh Hunq ilə görüşdü

İlham Əliyev Ho Şi Minin məqbərəsini ziyarət etdi - Foto

Prezident Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət etdi - Foto

Qarakənd faciəsindən 35 il ötür

Ağdamın azad olunmasından 6 il ötür

Bakı bundan bir neçə gün sonra imza atacaq... - Simonyan

Vyetnam mediası İlham Əliyevin səfərindən yazır

Tramp, Putin və Sinin razılaşdığı 4 bəndin “sirri”

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla