Yuxarı

Rusiya kimyəvi silahı inqilabçıların üstünə atdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiya kimyəvi silahı inqilabçıların üstünə atdı

Rusiya Xarici İşlər Nazirliyi, 19 Mart Xan əl-Əsəldə istifadə olunan kimyəvi vasitələrdə Suriya ordusunun standart silahlarının deyil, əksinə, bir üsyançı qrupun əlindəki ləvazimatların izinin tapıldığını açıqlayıb.

Nazirliyin dünən axşam saatlarında verdiyi açıqlamada qeyd edilir ki, BMT-nin Suriyadakı araşdırmalarının sona çatmadan kimyəvi silahlardan istifadəni ordunun üzərinə qoyması Suriyaya hərbi müdaxilə etməkçün planlaşdırılıb.

Rusiyanın BMT-yə təqdim etdiyi hesabatda diqqət çəkən başlıqlar bunlardır:

- Hadisədə istifadə olunan mərmi Suriya ordusunun standart sursatına aid deyil və ləvazimatları ölkənin şimalında Bəşər əl-Nasir Tuqayın istehsal etdiyi raket mərmilərinin tipinə və parametrlərinə uyğun gəlir.

- Güllənin fırladılması üçün heksogen, ya da siklonit kimi tanınan RDX maddəsi istifadə olunub. Bu maddə "standart kimyəvi silahlarda istifadə olunmur".

- Torpaq və mərmi qalıqlarından götürülən örnəklər "sənaye olaraq istehsal olunmamış diisprofilflorofosfat" istifadəsindən xəbər verir. Bu maddə "Qərb dövlətləri tərəfindən İkinci Dünya Müharibəsi zamanı kimyəvi silah istehsalında istifadə edilmişdir.

Tarix
2013.09.05 / 13:57
Müəllif
Axar.az
Digər xəbərlər

Teymur Hacıyev işdən çıxarıldı - Qərarla razı deyil

Universitetlərə bu statusun verilməsi ilə bağlı tələblər

Bu məhsulların gömrük rüsumları ilə bağlı dəyişiklik

İlham Əliyevin İrlandiyaya səfəri başa çatdı

Axtarışda olan şəxs Gürcüstandan Azərbaycana gətirildi

Nazirlər Kabinetindən bu nazirliklə bağlı vacib qərar

Prezidentin Dublin səfəri Bakı üçün niyə əhəmiyyətlidir?

Azərbaycan XİN BƏƏ-yə başsağlığı verdi

Azərbaycan-AB münasibətlərində yeni mərhələ...

Transsərhəd çaylarla bağlı xəbərlərə irad

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla