Yuxarı

Məhkəmə türk düşməninə bəraət verdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Məhkəmə türk düşməninə bəraət verdi

İsrailin keçmiş Xarici İşlər naziri Aviqdor Liberman korrupsiya ittihamı ilə mühakimə olunduğu məhkəmədən bəraət alıb. Libermanın Nazirlər Kabinetindəki vəzifəsinə qayıtması gözlənilir.

Qərarın açıqlanmasından sonra bilgi verən baş nazir Bencamin Netanyahu Libermanı təbrik edib və İsrail xalqının yaxşılığı üçün birlikdə işləməyə davam edəcəklərindən duyduğu məmnuniyyəti dilə gətirib.

Libermandan sonra boş qalan Xarici İşlər naziri vəzifəsini Netanyahu icra edib, bəraətdən sonra isə onun əvvəlki vəzifəsinə qayıdıb-qayıtmayacağını bildirməyib.

Məhkəmədən çıxdıqdan sonra jurnalistlərə açıqlama verən Liberman məhkəmə heyətinə təşəkkür edərək, "illərdir davam edən məhkəmənin sona çatmasından çox xoşbəxtəm", - deyib.

Bir tərəfdən də iddiaya baxan prokurorlar qərardan Ali Məhkəməyə şikayət etməyi düşünür.

Xatırladaq ki, İsrailin millətçi ideoloji-siyasi addımlarında önəmli söz sahiblərindən olduğu vurğulanan Liberman türk düşməni kimi tanınır.

Tarix
2013.11.07 / 09:07
Müəllif
Vüsal Tağı
Digər xəbərlər

Simonyan Azərbaycan nümayəndə heyəti ilə görüşdü

Nəsimi Musayevin həbs müddəti daha 3 ay uzadıldı

Ermənistana 23,7 milyon dollarlıq məhsul ixrac edilib

Şimali Kiprdə gəmi qəzası: daha bir azərbaycanlı saxlanıldı

Elnur Məmmədov Avstraliyada səfərdədir

İran Naxçıvanla sərhədə hərbi texnika yığır? - Rəsmi

Bakıya yox, Azərbaycanın bu şəhərinə gedəcəm - Simonyan

Bu, həyata keçirəcəyimiz ən böyük layihədir

Azərbaycan nümayəndə heyəti Ermənistanda - Foto

Azərbaycanda “Temu” ya qadağan ediləcək, ya da...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla