Yuxarı

“Biz 22 il əvvəl Azərbaycanın durumunu anlamırdıq"

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Biz 22 il əvvəl Azərbaycanın durumunu anlamırdıq"

Azərbaycanla iqtisadi əməkdaşlığın davamı Ukraynanın möhkəmlənməsi işinə Azərbaycanın töhfəsi olacaq

"Axar.az" APA-ya istinadən xəbər verir ki, bunu Krımdakı "referendum"a həsr olunmuş dəyirmi masa zamanı Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişşenko deyib.

Əməkdaşlığın davamının Ukrayna üçün yardım olacağını deyən səfir ölkəsinin Azərbaycan Xarici İşlər Nazirliyi ilə danışıqlar apardığını bildirib.

"Ukraynadakı münaqişə ilə bağlı rəsmi Bakının ərazi bütövlüyü prinsipi haqda bəyanatı çox vacibdir. Biz dəstəyə görə Azərbaycana minnətdarıq. Oxşar duruma düşdük",- deyə o vurğulayıb.

Krımdakı duruma gəldikdə isə diplomat qeyd edib ki, Ukrayna Rusiya ilə dialoqu davam etdirəcək: "Biz məsələni BMT Baş Assambleyasında qaldırmağı düşünürük. Əgər baş verənləri norma kimi qəbul etsək, onda nə baş verəcək? Kimsə xəritəyə baxıb Kalininqrad, Kuril adalarını yada salacaq. Biz 22 il əvvəl Azərbaycanda baş vermiş hadisələrin miqyasını anlamırdıq, indi isə oxşar vəziyyətə düşdük. Belə çıxır ki, dövlətlər insanlar kimi öz səhvlərindən nəticə çıxarır".

A.Mişşenko Rusiya mətbuatının yalan məlumatlar yaymasından da danışıb. Ukraynada milli zəmində problemlərin yaşandığı haqda iddiaların əsassız olduğunu deyən səfir ölkəsində azərbaycanlılara qarşı iradların olmadığını vurğulayıb. "Bütün bunlar Rusiya kütləvi informasiya vasitələrinin məqsədyönlü təbliğatının tərkib hissəsidir", - deyə o qeyd edib.

Səfir həmçinin bildirib ki, hazırda Ukrayna yüksək döyüş hazırlığı vəziyyətindədir: "Əgər insanların həyatına təhlükə olsa, hərbi cavab veriləcək".

Tarix
2014.03.19 / 19:28
Müəllif
Axar.az
Digər xəbərlər

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

Ermənistandan sonra bu türk ölkəsi də “Akaş” aldı

Binəli Yıldırımdan Azərbaycanla bağlı mühüm sözlər - Video

Prezident Vətən müharibəsi ilə bağlı video paylaşdı

Cinayətlərlə bağlı cəzanın təxirə salınması barədə qərar

Axtarışa verilən Cəlal Çiftçi Azərbaycandan üzr istədi

İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik etdi

Türk yazarlardan Azərbaycan və Türkiyə ilə bağlı - Bəyanat

Pilotun aşkar edilməsi tapşırıqları icra olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla